16 
May
2019
15:05
136
39
2157
Virtual karabakh

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

16 May, 2019
15:05
2157

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “BP Exploration (Caspian Sea)” Özbəkistanda  Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirir. 

Podrobno.uz portalının məlumatına görə, bununla bağlı bağlı SOCAR, BP və “Uzbekneftegaz” arasında iki sənəd imzalanıb. 

Birinci anlaşma Özbəkistanda yataqların birgə kəşfiyyatı və inkişafı imkanlarını araşdırmaq, digər memorandum isə Özbəkistanın investisiya bloklarında kəşfiyyat imkanlarını araşdırmaq üçün nəzərdə tutulub. 

“Sənədlər geoloji-kəşfiyyat işlərinin aparılması üçün nəzərdə tutulub. BP bizim tərəfdaşımızdır. Bundan başqa, biz özbək tərəfinin Azərbaycanda geoloji-kəşfiyyat işlərinin aparılması məsələsini müzakirə edirik”, - SOCAR vitse-prezidenti Bəhram Hüseynov deyib. 

Qeyd edək ki, bundan əvvəl “Uzbekneftegaz” Azərbaycan şirkəti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd özbək mütəxəssislərin SOCAR-da hazırlanmasını, eləcə də, “Uzbekneftegaz”ın Azərbaycandakı layihələrdə iştirakını nəzərdə tutur. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri