19 
May
2019
21:45
184
59
4751
Virtual karabakh

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

19 May, 2019
21:45
4751

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güclü küləklə əlaqədar “Azərişıq” ASC regionlarda qabaqlayıcı tədbirlər görür.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. O bildirib ki, bir sıra bölgələrdə güclü külək səbəbindən gücləndirilmiş iş rejiminə keçilib: 

“Güclü külək və yağışlar Qərb regionlarında, xüsusilə Şəmkir, Daşkəsən, Gədəbəydə müşahidə edilir. Bəzi dağlıq regionlarda hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranarsa Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə yaranmış problemi aradan qaldırmaq üçün tam hazırdırlar. Zədələnən elektrik xətləri olarsa, elektrik təchizatı digər xətlər vasitəsilə təmin ediləcək”. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri