23 
May
2019
11:07
26
43
2099
Virtual karabakh

“Expressbank”ın müştəriləri kartla ödədilər və qazandılar

23 May, 2019
11:07
2099

“Expressbank”ın müştəriləri kartla ödədilər və qazandılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə 1 fevral 2019-cu il tarixində başlayan “Kartla ödə, Kartla qazan!” üç aylıq lotereyasında “Expressbank”ın 91 müştərisi qalib oldu.

Mərkəzi bankın keçirdiyi stimullaşdırıcı lotereyanın  birinci tirajında 38, ikinci tirajında 25 və aprel ayında keçirilən sonuncu tirajında 28 Expressbank müştərisi qalib olub. ( Qaliblərin siyahısı ilə linkdən tanış ola bilərsiniz https://bit.ly/2JxhLWx)

Lotereyada Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq iştirak hüququ əldə edib və hər bir qalib 50 manat dəyərində mükafatlandırılmışdı.

Başa çatmış stimullaşdırıcı lotereyanın iştirakçısı və qaliblərindən olan Expressbank-ın plastik kart sahibləri mütəmadi olaraq ölkədaxili nağdsız ödənişlərdə 30%-dək cashback qazanmaqda davam edirlər. Həmçinin, debit kart vəsaitində qalığa illik 3%-dək gəlir də əlavə edilir. “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən hər kəs www.exb.az saytından onlayn, rahat sifarişini reallaşdıra bilərlər.  

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan “Expressbank”ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri