24 
May
2019
20:01
93
22
4233
Virtual karabakh

Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? - ŞƏRH

24 May, 2019
20:01
4233

Restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə beş il müddətinə (bir il güzəşt müddəti ilə) 1 faiz dərəcəsi ilə yeni kredit təklif olunur.

Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov özünün sosial şəbəkə hesabından paylaşım edib.

O bildirib ki, artıq bir sıra problemli kreditlərin restrukturizasiyasına başlanılıb. 

“Son iki gündə bizə bu məsələ ilə bağlı ən çox ünvanlanan sual belədir: yeni qaydalara əsasən, restrukturizasiya olunan kreditlərdə zaminliyə xitam veriləcəkmi? Qeyd edək ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə beş il müddətinə (bir il güzəşt müddəti ilə) 1 faiz dərəcəsi ilə yeni kredit təklif olunur.

Yeni mexanizmə görə, bank restrukturizasiya çərçivəsində yeni kredit xəttinə daha ağır şərtlər daxil edə bilməz. Eyni zamanda, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. 

Amma əgər bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaşla razılıq əldə etməzsə, o zaman bank restrukturizasiya müqaviləsi bağlamaya bilər.

Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən, restrukturizasiya üçün bankla müştərinin öncədən razılığına ehtiyac var. Amma əgər restrukturizasiya müqaviləsi bağlanacaqsa, o zaman zaminlər artıq zamin hesab olunmayacaqlar və onların heç bir öhdəliyi olmayacaq.

Deməli, əgər siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiya ilə bağlı yeni müqavilə imzalanıbsa, o zaman siz artıq zamin hesab edilmirsiniz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa belə, sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri