27 
May
2019
01:11
177
22
3771
Virtual karabakh

Şəkidə kənd təsərrüfatı texnikaları 40% güzəştlə satılır

27 May, 2019
01:11
3771

Şəkidə kənd təsərrüfatı texnikaları 40% güzəştlə satılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqrar Kredit və İnkişaf Agentliyi regionlarda kənd təsərrüfatı texnikası yarmarkaları keçirir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə keçirilən yarmarka iki gün davam edəcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi yarmarkada texnika təchizatçıları ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatı texnikaları fermerlərə güzəştli şərtlərlə, beş illik faizsiz kreditlə verilir. Bundan başqa texnika qiymətinin 40 faizi dövlət tərəfindən ödənilir.

Yarmarkada fermerlərə daha müasir və iş qabiliyyəti daha yüksək olan kənd təsərrüfatı kombaynları, traktorlar və aqreqatlar təklif olunub.

İlkin AKİF

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri