27 
May
2019
12:41
144
51
2605
Virtual karabakh

SOCAR “Günəşli”də yeni qazma işlərinə başladı

27 May, 2019
12:41
2605

SOCAR “Günəşli”də yeni qazma işlərinə başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR AQŞ” Xəzərdə dörd neft və qaz yatağında, o cümlədən, dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan beş platformada altı qazma qurğusu vasitəsilə qazma işləri aparır.

Müəssisədən verilən məlumata görə, kompleks qazma və quyu xidmətləri göstərən “SOCAR AQŞ” bu günlərdə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2713 metr olan 339 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtından tez və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisə 7 saylı özüldən layihə dərinliyi 4150 metr olan Qala lay dəstəsinə qazılan 38 nömrəli kəşfiyyat quyusunda və layihə dərinliyi 2670 metr olan Balaxanı lay dəstəsi – X horizonta qazılan 342 nömrəli quyuda qazma işlərinə start verib.

Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə, eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR AQŞ “Günəşli” yatağında “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 38 və eyni özüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyuların qazılmasını həyata keçirir.

Bununla yanaşı, SOCAR AQS dayazsulu “Günəşli” yatağında 11 saylı özüldən 346 nömrəli quyuda qazma işlərinə başlayıb.

Qeyd edək ki, 346 nömrəli quyunun Fasilə lay dəstəsinə qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3550 metr təşkil edir. 

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri