30 
May
2019
23:00
363
27
4968
Virtual karabakh

Gəncədən Gürcüstana gedən yol genişləndirilir - FOTO/VİDEO

30 May, 2019
23:00
4968

Gəncədən Gürcüstana gedən yol genişləndirilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə - Qazax - Gürcüstan magistral avtomobil yolunda əlavə iki zolağın tikintisinə start verilib. 

 Hazırda magistral yolun Gəncə-Zəyəm hissəsində köpü və su ötürücü boruların tiknti işləri aparılır. Bu istiqamətdə aparılan işlərin demək olar ki, 20 faizi yekunlaşıb.

Əvvəllər iki zolaqlı olan yolda çoxlu qəza halları yaranırdı. Yeni salınacaq əlavə 2 zolaq insanların rahatlığına xidmət edəcək.

İşlərə yanvar ayından başlanılıb. Layihəyə əsasən, avtomobil yolunun müəyyən hissəsində 5 çay üzərindən keçməklə 12 körpünün tikintisi planlaşdırılır. Ən böyük körpü Şəmkir çayı üzərində salınacaq. Bundan əlavə 22 yeraltı keçid inşa ediləcək. Layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, Gəncə - Qazax - Gürcüstan yolunun ümumi uzunluğu 130 kilometrdir. Avtomobil yolu ən müasir tələblərə cavab verəcək və bütün beynəlxalq standartlar tətbiq olunacaq.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri