31 
May
2019
11:58
17
104
1907
Virtual karabakh

Beş ayda “Azəri-Çıraq-Günəşli”dən hasil edilən neft və qazın həcmi açıqlandı

31 May, 2019
11:58
1907

Beş ayda “Azəri-Çıraq-Günəşli”dən hasil edilən neft və qazın həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil edilən neftin 58 faizi Azərbaycanın payına düşür.

Bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, işlənmənin əvvəlindən (1997-ci il) bu il mayın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 483 milyon ton neft hasil edilib ki, onun da 280,4 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

SOCAR rəsmisi bildirib ki, mayın 1-dək AÇG-dən hasil edilən qazın həcmi 157 milyard kubmetr təşkil edib.

“Xəzərin Azərbaycan sektorunda yerləşən AÇG-dən 25 il ərzində alınan qazın 44 milyard kubmetri Azərbaycana təmənnasız ötürülüb.

25 il ərzində AÇG-dən 3,5 milyard barel neft hasil edilib. Bu illərdə blokun inkişafına 36 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb”, - X.Yusifzadə vurğulayıb.

“Bu il mayın 1-dək dünya bazarlarına 508 milyon ton neft çıxarılıb ki, onun da 385 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ixrac edilib”, - SOCAR rəsmisi qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri