31 
May
2019
14:34
80
45
2868
Virtual karabakh

Berdiməhəmmədov I Xəzər forumuna bütün MDB-ni çağırdı

31 May, 2019
14:34
2868

Berdiməhəmmədov I Xəzər forumuna bütün MDB-ni çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB ölkələrinin nümayəndə heyətlərini I Xəzər iqtisadi forumuna dəvət edib.

TASS xəbər verir ki, Türkmənistan lideri MDB Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasını açarkən bildirib:

“Qarşıdakı forumda Xəzərdə əməkdaşlığın perspektivləri üzrə geniş kontekstdə ciddi danışıqlar aparılacaq. Fürsətdən istifadə edərək bütün MDB ölkələrinin nümayəndə heyətlərini tədbirə dəvət edirəm”.

Q.Berdiməhəmmədov Xəzər regionunun Avrasiyada qarşılıqlı iqtisadi fəaliyyət baxımından aparıcı rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, I Xəzər iqtisadi forumu avqustun 12-də Türkmənbaşı şəhərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri