31 
May
2019
12:37
135
61
2479
Virtual karabakh

Ziyad Səmədzadə: İri müəssisələrin bağlanma səbəbi araşdırılmalıdır

31 May, 2019
12:37
2479

Ziyad Səmədzadə: İri müəssisələrin bağlanma səbəbi araşdırılmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İri müəssisələrin bağlanmasının səbəbləri araşdırılmalıdır.

Oxu.Az-ın xəbərinə görə, bunu mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Z.Səmədzadə deyib ki, bağlanan müəssisələrin monitorinqi aparılmalıdır:

“Çalışmaq lazımdır ki, bağlanan müəssisələrin sayı minimuma endirilsin. Çünki bunlar iş yerlərinin itirilməsi deməkdir. Odur ki, hökumət üzvləri, müvafiq qurumlar bu məsələyə ciddi diqqət yetirməlidirlər”.

Qeyd edək ki, iclasda yalnız bir məsələ - 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə olunur.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri