İyn
2019
01:20
318
31
6807
Virtual karabakh

Lənkəranın “balıq cənnəti”: Burda hər il milyonlarla balıq yetişdirilir - FOTO/VİDEO

Lənkərandakı Kiçik Qızılağac Balıqartırma təsərrüfatı balıq ehtiyatlarının azalmasının  qarşısını almaq üçün uzun illərdir fəaliyyət göstərir. Müəssisə bu il təbii və süni yolla yetişdirdiyi 120 mln körpə balığı Xəzər dənizinə buraxıb.  

Lənkəranda 1956-cı ildən fəaliyyətə başlayan Kiçik Qızılağac Balıqartırma təsərrüfatı uzun illər yalnız təbii balıqartırma ilə məşğul olub. Paralel olaraq kütüm balıqlarının süni yolla çoxaldılmasına isə 1980-ildən başlanılıb.

Belə ki, 10-15 günlük körpə kütümlər dairəvi hovuzlarda bir neçə gün təbii yemlərlə qidalandırılır.  Daha sonra körpə balıqlar  Xəzər dənizinə, yaxın ərazidəki balıqkeçici kanallara buraxılır. Orada da yemləməni davam etdirən işçilər prosesə nəzarət edirlər ki, körpə balıqlar tələf olmasınlar.

Təsərrüfat həmçinin Liman kanalında 4 növ balığı təbii yolla artırır. İlin əvvəlində təmir-törədici fondu yaradılan  müəssisədə təbii törədici balıqlar da yetişdirilməyə başlanılıb. Tələbat çox olduğu üçün kütüm balıqlarının artırılmasına xüsusi diqqət göstərilir. Hər il körpə törədicilər milyonlarla sayda artırılaraq dənizə buraxılır. 

Təmir-törədici balıq fondu gələcəkdə kütüm və çəkikimilərin törədicilərinin 40-45 milyona çatmasına imkan verəcək. 

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri