İyn
2019
22:25
25
104
3287
Virtual karabakh

Fuad Nağıyev turizm şirkətlərinin fəaliyyətindəki nöqsanlardan danışdı

4 İyn, 2019
22:25
3287

Fuad Nağıyev turizm şirkətlərinin fəaliyyətindəki nöqsanlardan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycanda iki mindən çox turizm şirkəti fəaliyyət göstərir. 2015-ci ildə turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən onların fəaliyyətinə nəzarət etmək bizim üçün bir qədər çətindir. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

Onun sözlərinə görə, turizm şirkətlərinə nəzarət mexanizmləri olmalıdır. 

“Biz başa düşürük ki, nöqsanlar var. Bu səbəbdən də mövcud qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlamışıq. Qanun bu işi tənzimləyəcək”. 

Təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. 

“Çünki şirkətin fəaliyyəti müəyyən meyarlara cavab verməlidir. Beynəlxalq təcrübə onu göstərir ki, bu meyarlardan biri sığorta mexanizminin yaradılmasıdır. Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, sabah riskləri qarşılaya bilsin. Çünki sabah hər hansı risk hadisəsi baş verdikdə, dövlət onu öz üzərinə götürməsin.

Bu, çox vacib məsələdir. Məsələn, Çin şirkətləri üçün məsuliyyət sığortası tələbini qoymuşuq. Çin bazarı ilə işləyən turizm şirkətləri üçün mülki sığorta tələbi qoyulub və bu tələbi ödəyən şirkətlərə Çin bazarına daxil olmağa icazə verilir. Çin hökuməti özü də bu tələbi qoyur”.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri