İyn
2019
01:00
122
12
2484
Virtual karabakh

Taxıl zəmiləri yanmasın deyə biçin zamanı bu qaydalara əməl edilməlidir

5 İyn, 2019
01:00
2484

Taxıl zəmiləri yanmasın deyə biçin zamanı bu qaydalara əməl edilməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aran bölgələrində taxıl biçininə başlanılsa da, şimal regionunda iyun ayının ortalarından etibarən biçinə start veriləcək. Havaların isti keçməsi isə yanğın təhlükəsizliyini gündəmə gətirir. 

1 hektar taxıl sahəsinin yanmasının təsərrüfatçıya təxminən 700-1000 manat arasında zərər vurur. Həmçinin, yanğın baş verən ərazidə növbəti il üçün əkilən məhsulun da keyfiyyəti xeyli aşağı olur.

Mütəxəssislər bildirir ki, təsərrüfatçılar yanğın hadisələrindən sığortalanmaq üçün sahələrinin kənarlarında şum işləri aparmalıdır. Bu kiçik sahədə baş verən yanğının  yayılmasının qarşısını alır. 

 Bəzən də təsərrüfat sahibləri biçini bitirən zaman öz taxıl sahələrini təmizləmək məqsədi ilə kövşənləri odlayırlar. Mütəxəssislər növbəti il sözügedən ərazidə məhsuldarlığın xeyli aşağı düşdüyünü deyirlər.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri