İyn
2019
18:40
34
111
1980
Virtual karabakh

SOCAR Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşula bilər

5 İyn, 2019
18:40
1980

SOCAR Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşula bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşulmaq imkanlarını nəzərdən keçirir. 

Bu, müəssisənin aktivlərinin mövcud qaydalar çərçivəsində audit edilməsindən və əməliyyat fəaliyyətinin qiymətləndirilməsindən sonra baş tutacaq.

Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın “Sberbank”ı bəyan edib ki, SOCAR yerli törəməsi - “SOCAR-Enerqoresurs” şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib. Bununla da “Sberbank”la birlikdə bir neçə investor həm zavoda, həm də onun xammal bazasını təşkil edən Orenburq vilayətindəki yataqlara nəzarəti ələ keçirib. Hazırda zavodun yeni sahiblərinin qarşısında əsas məsələ onun fasiləsiz fəaliyyətini təmin etmək, Rusiya və xarici bazarlara neft məhsulları tədarük etmək, federal və yerli büdcəyə vergi ödəməkdir. 

SOCAR təsisat ekspertizasını və əməliyyat idarəçiliyini həyata keçirməklə bu layihəni dəstəkləyir.

Məşhur “Forbes” nəşrinin 2016-cı ildə açıqladığı reytinqə görə, Antipinsk Neft Emalı Zavodu əldə etdiyi mənfəətin məbləğinə görə, Rusiyada özəl müəssisələr arasında 43-cü yer tutub. Zavod ildə 9 milyon tondan artıq emal gücünə malik olub, onun istehsal etdiyi dizel yanacağı “Euro-5” standartına uyğundur. 2016-cı ildə burada yeni emal qurğusunun işə salınması ilə mazut emalının səviyyəsi 98%-ə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri