12 
İyn
2019
03:23
225
21
2599
Virtual karabakh

Masallının Göyəçöl kəndində yeni məktəb tikilir - FOTO

12 İyn, 2019
03:23
2599

Masallının Göyəçöl kəndində yeni məktəb tikilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallının Göyəçöl kənd tam orta məktəbi üçün yeni bina tikilir. Yekunlaşma mərhələsində olan təhsil müəssisəsi yeni dərs ilində istifadəyə veriləcək.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, son illər Masallı rayonunda 50-yə yaxın məktəb binası tikilib və ya əsaslı təmir işləri aparılaraq şagird və müəllimlərin istifadəsinə verilib. Rayonun Göyəçöl kəndində tikilən məktəb binasının inşasına isə ötən ilin iyulundan başlanılıb. Üç korpusdan ibarət olan binada işlərin demək olar 80 faizi görülüb. İşlərin sürətli aparılması üçün tikintidə 30-a yaxın işçi çalışır.

Müasir tələblər əsasında tikilən 264 yerlik binada tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılacaq. Məktəbdə 24 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana və idman zalları fəaliyyət göstərəcək. Həmçinin təhsil müəssisəsinin həyətində yardımçı tikililər tikilib. Yararsız vəziyyətdə olan məktəbin əvəzinə yenisinin tikilməsi, kənd sakinlərinin sevincinə səbəb olub.

Binada işlər tamamlandıqdan sonra məktəbin həyətində abadlıq işləri görüləcək. Təhsil müəssisəsinin yeni tərdis ilində müəllim və şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulub.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri