13 
İyn
2019
12:37
134
16
4190
Virtual karabakh

Bu banklar və kredit təşkilatları cərimələnəcək

13 İyn, 2019
12:37
4190

Bu banklar və kredit təşkilatları cərimələnəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur. 

Oxu.Az xəbər verir ki, Məcəllənin 471-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Maliyyə Bazarlarına Nəzarət Palatası) ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik parlamentin növbədənkənar sessiyasının ilk plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri