14 
İyn
2019
11:44
141
41
2403
Virtual karabakh

Bu layihə Azərbaycanın nüfuzunu daha da artıracaq

Bakı Limanı “İpək Yolu” layihəsinin yenilənməsində böyük tərəfdir. Bu, Çindən Mərkəzi Asiyayadək və Avropanı əhatə edən layihədir ki, biz ATƏT-i bu layihənin bir hissəsi kimi görürük. Düşünürük ki, bu layihə ATƏT-i regiona daha da yaxınlaşdıracaq. 

Oxu.Az xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ATƏT-lə birgə Xəzər dənizi limanlarında rəqəmsal dəhlizin gücləndirilməsinə dair layihənin açılış mərasimində çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Kamil Xasıyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlanan yeni qanun layihəsi nəticəsində üç limanda - Bakı, Aktau və Türkmənbaşı limanlarında əməliyyatlar sürətlənəcək:

“Yeni layihə üç Xəzər dövlətinin nüfuzunu artıracaq. Bu layihə üç liman və daha geniş ərazidə nəqliyyat əlaqələrini gücləndirəcək, eyni zamanda, rəqəmsal texnologiyaların limanlarda tətbiqinə şərait yaradacaq ki, bu da ticarəti sürətləndirəcək.

Düşünürəm ki, layihə Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirən mühüm addımlardan biri olacaq. Limanlarda avtomatlaşdırma və rəqəmsallaşdırma prosesləri, “yol xəritə”lərinin, enerji istifadəsi imkanları üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın hazırlanması da nəzərdə tutulub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri