18 
İyn
2019
15:50
52
305
6957
Virtual karabakh

“Lada”lar yenə bahalaşacaq

18 İyn, 2019
15:50
6957

“Lada”lar yenə bahalaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AvtoVAZ” konserni “Lada” modelindən olan bütün avtomobillərin qiymətini qaldıracaq.

Bu barədə “Vedemosti” qəzeti yazır.

Bu, avtomobil konserninin cari il ərzində ikinci oxşar addımıdır.

“Lada” avtomobillərinin satışı və lizinqi ilə məşğul olan dilerlər qiymətlərin iyulun 1-dən etibarən qaldırılacağını açıqlayıb. Bahalaşmanın 1-4 faiz civarında olacağı iddia olunur.

Xatırladaq ki, bundan əvvəl “AvtoVAZ” yanvar ayında bütün modellərdən olan avtomobillərinin qiymətini 3 faiz artırmışdı. Həmin vaxt buna səbəb Rusiyada ƏDV-nin 18 faizdən 20 faizə qaldırılması ilə əlaqələndirilirdi.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri