19 
İyn
2019
12:34
79
181
2855
Virtual karabakh

SOCAR Türkiyədə yeni şirkət yaratdı

19 İyn, 2019
12:34
2855

SOCAR Türkiyədə yeni şirkət yaratdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR Almaniyanın EWE şirkətindən aldığı “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” şirkətlərinin idarə olunması məqsədilə yeni şirkət yaradıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Yeni şirkət “SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” adlandırılıb. Gunter Şeymus yeni qazpaylayıcı şirkətə rəhbər təyin olunub.

Qeyd edək ki, Almaniyanın EWE şirkəti ilə SOCAR-ın Türkiyədəki törəmə şirkəti arasında aktivlərin təhvil-təslimi prosesi iyunun 17-də yekunlaşıb.

G.Şeymus 10 ildən çoxdur SOCAR-da (həm Türkiyə, həm də xaricdə) müxtəlif vəzifələr tutub, 2016-cı ilin may ayından etibarən “SOCAR Turkey”də çalışıb.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri