21 
İyn
2019
23:30
52
126
2951
yuxarı
Bitkoinin qiyməti 10 min dollara yaxınlaşır - REKORD
21 İyn, 2019
23:30
2951
52
126
Bitkoinin qiyməti 10 min dollara yaxınlaşır - REKORD
İyunun 21-də ən populyar kriptovalyuta hesab edilən bitkoinin qiyməti illik rekordunu yeniləyərək gün ərzində 9800 dollara yüksəlib.
Ümumilikdə, son aylar ərzində bitkoin, demək olar, iki dəfə bahalaşıb. Belə ki, 2019-cu ilin fevral ayında onun dəyəri 3500 dollar təşkil edib.
Son dəfə bitkoin illik rekordunu iyunun 17-də yeniləyib. O zaman 2018-ci ilin may ayından bu yana ilk dəfə olaraq kriptovalyutanın qiyməti 9322 dollaradək yüksəlmişdi.
“Bloomberg” yazır ki, bitkoinin kursunun sürətli artımı diqqəti bir məqamdan yayındırır - onu, demək olar, heç kim ödəniş vasitəsi kimi istifadə etmir. 2019-cu ilin aprel ayında maliyyə tranzaksiyaları ilə satınalmaların yalnız 1,3 faizi bitkoin vasitəsilə həyata keçirilib.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
20 
Apr
2024
00:00
“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
158
16
4778
19 
Apr
2024
20:00
Azərbaycanla Ermənistan arasında mühüm razılaşma - Xəbərlərin 20:00 buraxılışı
101
10
826