25 
İyn
2019
22:34
376
51
5941
Virtual karabakh

Daha üç ucqar dağ kəndinə qaz verildi - FOTO/VİDEO

25 İyn, 2019
22:34
5941

Daha üç ucqar dağ kəndinə qaz verildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ildə ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq, Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub.

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularının əl ilə həmin ərazilərə daşınmasına, hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlər tamamlanaraq yaşayış məntəqələrində sayğaclar quraşdırılıb.

2019-cu il iyunun 25-i, Silahlı Qüvvələr Günü ərəfəsində Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 521 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün “birpilləli” tənzimləmə sistemi əsasında ümumi uzunluğu 44 016 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərində isə tikinti quraşdırma işləri yekunlaşdırılaraq istismara qəbul mərhələsindədir. Tezliklə təbii qazın verilişi təmin ediləcək.

Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə, eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. 

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri