27 
İyn
2019
12:09
27
169
3790
Virtual karabakh

Oqtay Əsədov: Sabahkı iclas ləğv oluna bilər

27 İyn, 2019
12:09
3790

Oqtay Əsədov: Sabahkı iclas ləğv oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 27-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində parlamentin növbəti iclası keçirilir.

Oxu.Az-ın xəbərinə görə, iki gün davam edəcək plenar iclasların gündəliyinə ümumilikdə 49 məsələ daxil edilib.

İlk məsələ 2018-ci il dövlət büdcəsinin icrası barədə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin üçüncü və sonuncu oxunuşu olub.

Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadənin qısa məlumatı dinlənilib.

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü və sonuncu oxunuşda qəbul edilib.

Qanun layihəsi imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək.

Spiker Oqtay Əsədov bildirib ki, əgər qanun layihələrini bir gündə müzakirə etmək mümkün olsa, sabahkı iclas ləğv oluna bilər.

Kamil Həmzəoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri