28 
İyn
2019
13:56
415
35
8349
Virtual karabakh

Belarus elektrobusları Azərbaycanda

28 İyn, 2019
13:56
8349

Belarus elektrobusları Azərbaycanda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun “Belkommunmaş” şirkəti Azərbaycana elektrik avtobusları tədarük edib.

BELTA xəbər verir ki, bunu “Belkommunmaş” ASC-nin Xarici iqtisadi fəaliyyət idarəsinin müdiri Aleksandr Klakeviç deyib.

Onun sözlərinə görə, müəssisə hələlik Azərbaycana dörd ədəd elektrobus tədarük edib:

“Şirkət getdikcə ixrac potensialını inkişaf etdirir”.

Qeyd edək ki, daha əvvəl şirkətdən verilən məlumata görə, E321 model elektrobuslar Gəncəyə çatdırılacaq və onlar xüsusi təşkil edilmiş marşrutda sınaqdan keçiriləcək.

Gələcəkdə Gəncə Avtomobil Zavodunda elektrobusların birgə yığımının qurulması planlaşdırılır. Müvafiq saziş bu ilin əvvəlində Gəncə Avtomobil Zavodu və Belarusun “Belkommunmaş” şirkəti arasında imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri