İyl
2019
17:46
125
39
2940
Virtual karabakh

Ekspert: TANAP-ın tikintisi başa çatdı, “Transneft” və “Qazprom” isə öyrənməlidir

1 İyl, 2019
17:46
2940

Ekspert: TANAP-ın tikintisi başa çatdı, “Transneft” və “Qazprom” isə öyrənməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Trans-Anadolu qaz kəmərinin tikintisi başa çatıb, Azərbaycan qazının Avropaya tədarük edilməsi üçün hazırdır. TANAP layihəsinin reallaşdırılmasının dəyəri yeddi milyard dollardan aşağı olub. Bununla belə, layihənin ilkin qiymətləndirilməsi 11,7 milyard dollar idi. “Transneft” və “Qazprom”un bu mənada birmənalı olaraq öyrənməli olduğu məsələlər var.

TANAP Azərbaycan qazının Xəzərdəki yataqlardan Türkiyə və Avropaya çatdırılması üzrə Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir. TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyon kubmetr qaz təşkil edir.

Təqribən altı milyard kubmetr qaz Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Avropaya təxminən 2020-ci ilin əvvəlində çatacaq.

TANAP-ın səhmdarları Cənub Qaz Dəhlizi QSC (51 faiz), BOTAŞ (30 faiz), BP (12 faiz) və “SOCAR Türkiyə Enerji A.Ş” (7 faiz) şirkətləridir. Tədarüklərin rentabelliyi təbii ki, qiymətlərdən asılıdır. Kobud dillə desək, qazın qiymətləri neftin qiymətlərinin ardınca 6-9 ay gecikmə ilə gəlir. Hazırda hamı OPEC+ qərarına baxır.

Mətbuat yazır ki, Yaponiyada keçirilmiş G20 sammiti çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanı liderləri sazişin müddətinin uzadılması barədə razılığa gəliblər. Neft kotirovkaları da uğura inanır. “Brent” markalı neft 2,46 faiz bahalaşaraq 66,33 dollar təşkil edib.

Bu xəbər öz ixracatını şaxələndirən Bakı üçün çox yaxşıdır. Bununla belə, Rusiyanın “Qazprom” şirkətinin hələlik satış üçün ehtiyat etməsinə ehtiyac yoxdur, axı “Qazprom”un “Türk axını” layihələşdiriləndə TANAP artıq reallaşdırılırdı. Və müvafiq olaraq, Rusiya borusu planlaşdırılarkən nəzərə alınıb.

Yekunda qeyd etmək lazımdır ki, “Qazprom” dünyada, ehtimal ki, ən ucuz enerji qrupu olaraq qalır. Onun biznesi həcminə görə “Saudi Aramco”ya bərabərdir. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı şirkəti IPO keçirməyə hazırlaşır və özünü iki trilyon dollar məbləğində qiymətləndirib. “Qazprom”un cari kapitallaşması 92 milyard dollardır.

“Alpari” İnformasiya-Analitik Mərkərinin rəhbəri Aleksandr Razuvayev,

Xüsusi olaraq Media.az üçün

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri