İyl
2019
16:37
172
24
3691
Virtual karabakh

Qarabağda “Visa” və “MasterCard” ilə ödənişlər dayandırıldı - Yardım toplayırmışlar

5 İyl, 2019
16:37
3691

Qarabağda “Visa” və “MasterCard” ilə ödənişlər dayandırıldı - Yardım toplayırmışlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, qondarma “Dağlıq Qarabağ respublikası”nın “maliyyə nazirliyi”nin internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.

Bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə, beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir.

Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma rejimin “maliyyə nazirliyi”nin internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri