11 
İyl
2019
11:33
228
94
10474
Virtual karabakh

Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır

11 İyl, 2019
11:33
10474

Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ildən Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq.

Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Biz bunu pilot layihədə tətbiq etmişdik. Amma yeni əməkhaqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihə zamanı qarşılaşdığımız çətinliklərlə bağlı növbəti ildən işimizi daha da təkmilləşdirəcəyik.

İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu, sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq”, - Z.Əliyev bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri