16 
İyl
2019
20:45
62
23
2641
Virtual karabakh

“Google” casusluq iddialarına cavab verdi

16 İyl, 2019
20:45
2641

“Google” casusluq iddialarına cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən geniş axtarış motoru olan “Google” haqqında çıxan casusluq iddialarına cavab verib.

TASS-ın məlumatına görə, şirkət bununla bağlı rəsmi bəyanat yayaraq bildirib ki, iddia edilənin əksinə olaraq Çin silahlı qüvvələri ilə əməkdaşlıq etmirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl “PayPal” ödəmə sisteminin yaradıcısı Piter Pil “Google”un casusluq etdiyi və məlumatları Çin silahlı qüvvələri ilə paylaşdığı haqqında iddia irəli sürmüşdü. Bu isə ABŞ qanunlarını pozmaq deməkdir.

Ölkə Prezidenti Donald Tramp da iddiaları şərh edərək bu informasiyanı dəqiqləşdirəcəyinə söz vermişdi.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri