17 
İyl
2019
16:08
69
161
5005
Virtual karabakh

Xeyriyyəçilik Bill Geytsi “kasıblaşdırdı”

17 İyl, 2019
16:08
5005

Xeyriyyəçilik Bill Geytsi “kasıblaşdırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Microsoft”un qurucusu Bill Geyts milyarderlər siyahısında ikinci yerdən üçüncü yerə geriləyib.

Bloomberg”in araşdırmasına əsasən, B.Geytsin əvvəlki ikinci yerini “Louis Vuitton Möet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno tutub.

Fransalı milyarderin LVMH şirkəti 200 milyon dollar dəyər qazanıb, beləliklə, adıçəkilən şirkətin ümumi dəyəri 107,6 milyard dollara çatıb.

Qeyd edək ki, B.Arno ötən il Avropanın ən varlı insanı seçilmişdi.

Mütəxəssislərin sözlərinə görə, B.Geyts xeyriyyəçiliklə məşğul olmasaydı, hazırda dünyanın ən varlı insanı olaraq qalmağa davam edərdi. Bill və Melinda Geyts Fondunun ianələrinin məbləği 35 milyard dollardan çoxdur.

Milyarderlər siyahısına isə “Amazon”un qurucusu Ceff Bezos başçılıq edir. Onun aktivləri 125 milyard dollar dəyərləndirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri