19 
İyl
2019
10:11
97
33
1616
Virtual karabakh

Bank xidmətləri üzrə əməliyyatların 90 faizi elektronlaşdırılacaq

19 İyl, 2019
10:11
1616

Bank xidmətləri üzrə əməliyyatların 90 faizi elektronlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin sonuna qədər müştərilərin bank xidmətləri üzrə əməliyyatlarının 90 faizinin elektronlaşdırılmasına çalışırıq.

Oxu.Az xəbər verir ki, bu sözləri “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramının açılışında çıxış edən “Paşa Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda insanlar rəqəmsal transformasiyaya tam hazırdır:

“Hərdən mənə sual verirlər ki, Azərbaycanda insanlar rəqəmsal transformasiyaya hazırdır, yoxsa yox? Bu suala hər zaman cavabım eyni olub, əlbəttə ki, hazırdır. Cari ilin fevral ayında elektron hökumətlə tərəfdaşlıq nəticəsinsə MDB regionunda ilk dəfə fərdi sahibkarlara, kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə banka gəlmədən bankın müştərisi olmaq imkanı yaradılıb.

Bu layihəmiz tənqidlərlə üzləşdi ki, müştərilər banka müştəri olmaq üçün gəlmək istəyirlər. Artıq ay ərzində gələn yeni müştərilərin 80 faizi banka gəlmədən bankın müştərisi olur. Bu, çox böyük irəliləyişdir”. 

T.Kazımov onu da qeyd edib ki, beynəlxalq banklarla müqayisədə, rəhbərlik etdiyi bankın elektron xidmətləri bir qədər də inkişaf etməlidir. 

“Bir müddət əvvəlki vaxta baxsaq, Azərbaycanda bankların müştərisi olmaq üçün insanlar ən azı 2-3 gün vaxt sərf edirdilər. Amma biz bu vaxtı 1 saat 5 dəqiqəyə qədər endirdik. Müştəri öz vaxtının beş dəqiqəsini kompüter qabağında, bir saatını isə bizim filialda keçirməklə bankın müştərisi ola bilər.

Düşünürəm ki, bu bir saatı da ləğv etmək mümkündür. Bunun üçün bir sıra qurumlarla inteqrasiyaya ehtiyac var. Tezliklə bu vaxt beş dəqiqəyə enəcək”, - deyə T.Kazımov qeyd edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri