22 
İyl
2019
14:04
176
110
2631
Virtual karabakh

SOCAR və ENOC investisiya imkanlarını müzakirə ediblər - FOTO

22 İyl, 2019
14:04
2631

SOCAR və ENOC investisiya imkanlarını müzakirə ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“Report” xəbər verir ki, R.Abdullayev qonaqları salamlayıb, şirkətin həyata keçirdiyi yerli və beynəlxalaq layihələr haqqında ətraflı məlumat verib.

Bildirilib ki, belə görüşlər yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında xüsusi rol oynaya bilər.

ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayer səmimi qəbul üçün təşəkkür edib, SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd edib. Görüşdə SOCAR və ENOC şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə olunub. 

Görüşdən sonra qonaqlar “SOCAR TOWER”dəki interaktiv neft muzeyi ilə tanış olublar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri