26 
İyl
2019
15:55
12
252
6419
Virtual karabakh

Elman Rüstəmov manatdan danışdı

26 İyl, 2019
15:55
6419

Elman Rüstəmov manatdan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin əvvəlindən manatla pul bazası yeddi faiz artıb.

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, pul təklifinin artım tempinin yüksəlməsi başlıca olaraq sosial xarakterli fiskal stimulların həyata keçirilməsi nəticəsində xəzinə hesabından aktivləşmə ilə bağlıdır:

“Ötən ilə nisbətən ümumi daxili məhsul 2,4 faiz artıb. Bu il qeyri-neft sahəsində artım 3,9 faiz olub. Kənd təsərrüfatı gəlirlərinin artım tempinin yüksəlməsi və ya gecikmə ilə olsa da, pərakəndə ticarət və pullu xidmətlərin artım tempinə müsbət təsir göstərib”.

E.Rüstəmov qeyd edib ki, inflyasiya riskləri balansında xarici amillər əhəmiyyətli olaraq qalır:

“Əhalinin gəlirləri və istehlak davranışlarının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər arta bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri