16 
Avq
2019
13:38
25
68
1139
Virtual karabakh

Ümumi daxili məhsul artıb

16 Avq, 2019
13:38
1139

Ümumi daxili məhsul artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanda 44 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər nəfərinə düşən ÜDM 4499,5 manata bərabər olub.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 16,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 6,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,3 faiz, sənayedə 3,3 faiz çoxalıb.

Ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,6 faiz, digər xidmət sahələrində 1,7 faiz artım olub. Tikintidə isə 9,1 faiz azalıb.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,9 faiz artıb.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri