19 
Avq
2019
14:56
13
108
1957
Virtual karabakh

Azərbaycanda "əmlak davaları" çoxalıb

19 Avq, 2019
14:56
1957

Azərbaycanda "əmlak davaları" çoxalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda əmlak hüquqları ilə bağlı mübahisələr məhkəmə qaydasında da tam həll edilməmiş qalır.

Oxu.Az xəbər verir ki, Azərbaycanın birinci instansiya məhkəmələrində 2015-ci ildə əmlak mübahisələri ilə bağlı 3909 işə baxılıb. Onlardan 2239-u barədə qətnamə çıxarılıb, 1835 iddia təmin edilib. Mahiyyəti üzrə baxılmadan isə 1670 qərar çıxarılıb.

2016-cı ildə isə 3159 işə baxılıb, 1690-ı barədə qətnamə çıxarılıb. 1311 iddia təmin edilib. 1469 iş barəsində isə mahiyyəti üzrə baxılmadan qərar çıxarılıb.

2017-ci ildə 3663 işə baxılıb, 1939-u barədə qətnamə çıxarılıb, 1497 iddia təmin edilib. 1724 işə dair isə mahiyyəti üzrə baxılmadan qərar çıxarılıb.

Ötən il isə 4078 işə baxılıb, 2118-i haqqında qətnamə çıxarılıb, 1622 iddia təmin edilib. Mahiyyəti üzrə baxılmadan çıxarılan qərarların sayı isə 1960-dır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri