19 
Avq
2019
15:21
59
24
1519
Virtual karabakh

Sahibkarlardan müraciət qəbul olunur - Daxili bazar araşdırılacaq

Avqustun 19-dan etibarən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.

Ağentlikdən verilən məlumata görə, daxili bazar araşdırmalarının əsas məqsədi KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər. Müraciət üçün nümunəvi ərizə forması və tələb olunan sənədlər barədə məlumatlar KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari).

Əlavə məlumat üçün KOBİA-ya da müraciət etmək olar: 012 404-04-01. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 29 may 2019-cu il tarixli fərmanı ilə təsdiq olunmuş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsinə dair Qaydalar"a əsasən bu sahədə dəstək tədbirlərinin təşkili KOBİA-ya tərəfindən həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri