20 
Avq
2019
13:27
80
224
2862
Virtual karabakh

Xaricə gedən azərbaycanlıların sayı xeyli artıb - Daha çox İrana üz tuturuq

20 Avq, 2019
13:27
2862

Xaricə gedən azərbaycanlıların sayı xeyli artıb - Daha çox İrana üz tuturuq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artaraq 3115,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi - Gürcüstan, 17,7 faizi - Rusiya, 11 faizi - Türkiyə, 5,4 faizi isə digər ölkələrə gedib. Onların 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bundan başqa, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstan - 12,4 faiz, Rusiya - 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Eyni zamanda, cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,7 faizi dəmir yolu və avtomobil, 16,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edəcək.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri