23 
Avq
2019
10:08
22
119
3735
Virtual karabakh

Azərbaycanda oğurlanan avtomobillər: aralarında "Porsche"lər də var

23 Avq, 2019
10:08
3735

Azərbaycanda oğurlanan avtomobillər: aralarında "Porsche"lər də var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda axtarışda olan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, ümumilikdə ölkə üzrə 2170 avtomobil axtarışdadır.

Onlardan 73-ü Bakı şəhərinin Xəzər rayonu ərazisindən qaçırılan avtomobillərdir.

Axtarışda olan avtomobillərin 213-ü isə Bakının Səbail, 38-i Qaradağ, 219-u Nizami, 234-ü Binəqədi, 175-i isə Yasamal rayonunun payına düşür.

Bakıda avtomobil qaçırılması ilə bağlı ən çox fakt isə Nəsimi rayonunda (366) qeydə alınıb. Ümumilikdə Bakıdan qaçırılan və axtarışa verilən avtomobillərin sayı 1623-dür.

Yerdə qalanlar isə Azərbaycanın digər bölgələrinin payına düşür. Axtarışda olan avtomobillər arasında Rusiya istehsalı olanlar üstünlük təşkil edir.

Bundan başqa, bahalı avtomobillər də var. Bura "Porsche Cayenne" və "Porsche Panamera" kimi avtomobillər də daxildir.

Axtarışda olan avtomobillərdən ikisi isə "Toyota Prado"dur.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri