23 
Avq
2019
13:08
60
32
3898
Virtual karabakh

"Premium Bank” dünyanın ən böyük banklarından birinin tərəfdaşı oldu

23 Avq, 2019
13:08
3898

"Premium Bank” dünyanın ən böyük banklarından birinin tərəfdaşı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın "Premium Bankı" şirkəti Çinin və dünyanın aparıcı banklarından olan “China Merchants Bank” ilə müxbir münasibətlər qurub.

"China Merchants Bank" (CMB) 1987-ci ildə təsis edilmiş və Çində dövlət kapitalının birbaşa iştirakı olmadan yaradılmış ilk kommersiya bankı olan Çin maliyyə şirkətidir.  

"China Merchants Bank" bir sıra göstəricilərə görə dünyanın ən böyük on bankından biri (dünyaca məşhur "The Financial Times Ltd." şirkətinə məxsus “The Banker” jurnalına istinadən) hesab edilir.

CMB-nin 1800-dən çox şöbəsi və 10 min bankomatı, eləcə də Honq Konq, Nyu York, Sinqapur, Lüksemburq, London və Sidney şəhərlərində filialları var. 

"Premium Bank" ASC, aparıcı dünya şirkətləri ilə əlaqədə olan müştərilərinə müasir və yüksək keyfiyyətli xidmətlər göstərərək bank bazarında daima innovativ xidmətlər təklif edir. CMB ilə qurulan müxbir əlaqələri bu qəbildən hesab etmək olar. 

"Premium Bank" ASC davamlı olaraq milli miqyaslı universal maliyyə institutunun yaradılma strategiyasını həyata keçirir və hər növ müştəri kateqoriyalarına xidmət göstərir. Korporativ xidmətlər bankın fəaliyyətinin əsas istiqamətlərindəndir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri