Sen
2019
12:12
24
729
5261
Virtual karabakh

Əli Əhmədov: Maaş və pensiya artımının bazara təsirini qəbul etmək lazımdır

7 Sen, 2019
12:12
5261

Əli Əhmədov: Maaş və pensiya artımının bazara təsirini qəbul etmək lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri var.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir:

"Dövlət tərəfindən minimum əməkhaqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda işləyən insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər.

Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq. Amma bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Hökumətin bütün həyata keçirmək istədiyi səylər bu prinsiplər əsasındadır".

Ə.Əhmədov bildirib ki, Azərbaycan hökuməti bolluğun təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir:

"Yəni qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir. Digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır. Bunun üzərində düşünülür".

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları var:

"Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda, daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə, hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib".

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri