10 
Sen
2019
14:16
112
23
3904
Virtual karabakh

Təmassız ödənişlərdə limit artırılır

10 Sen, 2019
14:16
3904

Təmassız ödənişlərdə limit artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təmassız (contactless) kartlarla ödənilən vəsaitlərin həcmi 2,5 dəfə artırılaraq, 20 manatdan 50 manata çatdırılıb. 

Oxu.Az xəbər verir ki, bunu Bakıda "Visa Token" sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

O bildirib ki, bu, həmin kartlardan daha geniş istifadəyə şərait yaradacaq.

"Visa Inc." şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros isə "Visa kartları ilə aparılan ümumi transaksiyaların təxminən 70-80 faizi kontaktsız transsaksiyaların təşkil etdiyini deyib:

"Kontaktsız transsaksiya insanları kiçik məbləğlərdə ödənişlər zamanı yaşanan problemlərdən qurtaracaq. Restoranlarda və ya hər hansı kafedə kofe alanda, bir dollar qədər olan ödənişlərin plastik kart vasitəsilə ödənişi çətindir.

Təmassız ödəniş zamanı isə bu çox rahat şəkildə gerçəkləşdirilə bilər. İnsanlar üçün bu cür az məbləğli ödənişlərdə təmassız ödəniş sistemi əlverişlidir. Bu xidmətin təşkili istiqamətində qamunvericilik normaları da nəzərə alınır.

Aidiyyəti qurumlarla bu barədə danışıqlar aparılır ki, hər kəs bu xidmətdən rahat şəkildə istifadə etsin".

O qeyd edib ki, təmassız ödəniş transsaksiyalarının 40 dollara qədər limitli olmasına çalışılır:

"Tranzaksiyaların 80 faizi 40 dollar civarında olur. Buna görədə limit dərəcəsinin ilkin mərhələdə 40 dollar dəyərində olması düşünülür".

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri