11 
Sen
2019
20:24
12
343
6242
Virtual karabakh

Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb - FOTO

11 Sen, 2019
20:24
6242

Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, xəstəlik rayonun Mustafaağalı kəndində müşahidə olunur. Yerli sakinlər heyvanların hansı xəstəlikdən əziyyət çəkdiklərindən xəbərsizdirlər. Heyvanlar arasında ölüm halı müşahidə olunmasa da, xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub.

Baytar həkimlər xəstəlik baş verən təsərrüfatlara baş çəkiblər. Rayon Baytarlıq İdarəsinin əməkdaşları kənddə heyvanların müalicəsi ilə məşğuldurlar. Onların sözlərinə görə, heyvanlar dəri xəstəliyindən əziyyət çəkirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri