13 
Sen
2019
11:43
23
63
3509
Virtual karabakh

Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

13 Sen, 2019
11:43
3509

Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabr 1-dən başlayaraq, Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Türkiyə vətəndaşlarına tətbiq olunan viza sadələşdirilmiş, hava limanında əldə edilən viza idi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik hansısa bir bürokratik maneə də aradan götürülür.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları rahat şəkildə ölkəmizin bütün sərhəd-nəzarət buraxılış məntəqələrindən keçə bilərlər:

“Təbii ki, viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Bu razılaşmaya əsasən, 30 gün müddətində Türkiyə vətəndaşları ölkəmizdə ola bilərlər. Həmçinin, qeyd edim ki, viza ilə bağlı tələb olanda ölkəyə səfər zamanı bəyan edilmiş məqsəd bizim miqrasiya qanunvericiliyi ilə müəyyən edilir. Ancaq vizasız qaydada tətbiq olunan bütün maneələr aradan götürülüb”.

V.Hüseynov qeyd edib ki, viza rejiminin ləğvində miqrasiya sahəsində heç bir problemli məqam yoxdur:

“Dövlətimizin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, hər hansı narahatlıq yaradan məqam olsa, bunun qarşısı alınsın. Bu gün üçün hər şey qaydasındadır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri