13 
Sen
2019
17:07
21
74
2904
Virtual karabakh

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

Gələn il icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri isə 480 milyon 300 min manat məbləğində nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə 96,6 milyon manat çoxdur. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri