17 
Sen
2019
16:43
46
32
1911
Virtual karabakh

SOCAR IAP çərçivəsində texniki məsləhətləşmələrin I mərhələsini başa çatdırıb

17 Sen, 2019
16:43
1911

SOCAR IAP çərçivəsində texniki məsləhətləşmələrin I mərhələsini başa çatdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının Cənub-Şərqi Avropada bir neçə ölkəyə nəqlini nəzərdə tutan İon-Adriatik Boru Kəmərinin (IAP) tikintisi layihəsinə üzv ölkələrə texniki məsləhətlərin verilməsinin birinci mərhələsini başa çatdırıb və layihə şirkətinin yaradılmasını gözləyir. Layihə şirkəti Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina və Albaniyadan olan qaz nəql edən şirkətlər tərəfindən yaradılacaq.

Bu barədə Report-a “SOCAR Balkans”ın icraçı direktoru Murad Heydərov məlumat verib.

M.Heydərovun sözlərinə görə, “SOCAR Balkans” IAP layihəsində iştirak edən ölkələrlə fəal əməkdaşlıq edir.

“Biz texniki-məsləhətverici xidmətlər göstəririk və bu ölkələrin layihə şirkəti yaratmaqla məşğul olmasına görə prosesdə fəal iştirak edirik. Biz investor deyilik, amma bu mövzuda tövsiyələr vermişik və layihə şirkətinin nə vaxt yaradılacağını gözləyirik. Bu məsələ uzandı.

Səbəbini bilmirəm, ola bilsin, hüquqi və ya prosedur nüanslar yaranıb, vəziyyətə nəzarət etmədiyimizdən mühakimə etmək çətindir. Biz missiyamızı yerinə yetirdik, məsləhətləşmələrimizin ilk mərhələsi başa çatıb. Bu mərhələdə rolumuz passivdir, nəticələr gözləyirik”, - o deyib.

Qeyd edək ki, IAP layihəsinin Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi nəzərdə tutulur. IAP Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada 167 km, Bosniya və Herseqovinada isə 22 km boyunca uzanacaq. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur.

Beləliklə, 530 km uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq. İlkin məlumatlara görə, layihə 610 milyon avro qiymətləndirilir.

2016-cı ilin avqust ayında SOCAR, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina və Monteneqro arasında IAP-ın inşasına dair Anlaşma Memorandumu imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri