20 
Sen
2019
12:51
266
63
5810
Virtual karabakh

Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar artırılacaq

2020-ci ilin dövlət büdcəsinin böyük bir hissəsi - təxminən 40 faizi sosial sahəyə yönəldiləcək. Bununla da Azərbaycanın büdcəsi sosial yönümlü və sosial tutumlu olur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, 2020-ci il Azərbaycan dövlətçiliyi tarixində sosial məqsədlərə ən çox vəsait ayrılan il kimi tarixə düşəcək.

H.Rəcəbli əlavə edib ki, bununla da 2020-ci ilin büdcəsindən əməkhaqları, müavinətlər, pensiyaların artırılması nəzərdə tutulur.

“Bu il Cənab Prezidentin sərəncamları ilə müavinətlər, pensiyalar, maaşlar artırıldı. Gələn il də belə gözləntilər var”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri