20 
Sen
2019
14:11
75
77
2493
Virtual karabakh

“SOCAR Turkey” rəhbəri: Yeni neft-kimya müəssisəsi Türkiyənin cari kəsirini 5,5 milyard dollar azaldacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP-nin Əliağada (İzmir, Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (Aromatiklər və Saf Tereftal turşusu (PTA-Purified Terephtalic Asid) müəssisələri - “Merkuri” layihəsi) Türkiyənin neft-kimya məhsulları üzrə kəsirini 5,5 mlrd. dollar azaldacağı gözlənilir.

Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

“Türkiyənin neft-kimya məhsullarının idxalından cari kəsiri 11,5 mlrd. dollar təşkil edir. Yeni müəssisə bu kəsirin 5,5 mlrd. dollarlıq hissəsini örtəcək”, - deyə o qeyd edib.

O qeyd edib ki, yeni kompleksin tikintisinə 2020-ci ildə başlanılması, 2023-cü ildə istismara verilməsi planlaşdırılır:

“Müəssisədə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal ediləcək. BP və SOCAR-ın 50%-lik ortaqlığı ilə həyata keçiriləcək müəssisənin investisiya dəyəri 1,8 mlrd. dollar nəzərdə tutulur. Yeni neft-kimya kompleksi STAR neft emalı zavodu və “Petkim” neft-kimya kompleksi ilə inteqrasiya şəklinə çalışacaq”.

Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünyamiqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri