23 
Sen
2019
13:59
31
659
15716
Virtual karabakh

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

23 Sen, 2019
13:59
15716

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət rüsumu haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik edilir.

Oxu.Az-ın məlumatına görə, qanunun 18.65.1-ci maddəsində (Nəqliyyat vasitələrinin illik texniki baxışdan qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə) nəzərdə tutulan dövlət rüsumu artırılır.

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 30 manata qaldırılması təklif olunur. Hazırda isə bu məbləğ 20 manatdır.

18.65.2-ci maddəsinə də dəyişiklik təklif edilir.

Belə ki, nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri