Okt
2019
14:01
60
19
1801
Virtual karabakh

Əmanətlərin Sığortalanması Fondu beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir

2 Okt, 2019
14:01
1801

Əmanətlərin Sığortalanması Fondu beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri 2019-cu ilin sentyabr ayı ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər. 

Fondun nümayəndələri 18-20 sentyabr 2019-cu il tarixlərində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin Koreya Respublikasının Seul şəhərində təşkil etdiyi Təhsil proqramında iştirak ediblər.

Səfər çərçivəsində iqtisadi böhran və böhrandan çıxış yolları, maliyyə sabitliyinin qorunması, əmanətlərin sığortalanması sisteminin maliyyə sabitliyinə töfhəsi, bu sahədə informasiya texnologiyaları sistemində yeniliklər müzakirə edilib. 

Bundan əlavə, 2019-cu ilin 25-28 sentyabr tarixlərində Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər.

Keçirilən toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri risk əsaslı ödənişlərin tətbiqi, əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər, EFDI-nin İdarə Heyətinə seçkilər keçirilib, təşkilatın büdcəsi təsdiq edilib.

Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası çərçivəsində Dünya Bankının və İsveçrənin İqtisadi Məsələlər Üzrə Dövlət Katibliyinin Bakıda səfərdə olan nümayəndə heyətləri ilə 16-26 sentyabr 2019-cu il tarixlərində əmanətlərin sığortalanması sistemi barədə geniş müzakirələr keçirilib. 

Müzakirələrdə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti, gələcək inkişaf modeli və hədəfləri; bankların ləğv olunması və əmanətlərin sığortalanması sahəsində potensialın gücləndirilməsi, bu sahədə qanunvericilikdə dəyişikliklər müzakirə edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri