12 
Okt
2019
10:59
34
105
2979
Virtual karabakh

SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq

12 Okt, 2019
10:59
2979

SOCAR-ın Avstriyadakı “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxınlarda başa çatacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın pərakəndə yanacaq satışı bazarında SOCAR-a məxsus “A1” yanacaqdoldurma şəbəkəsinin rebrendinqi yaxın müddətdə tam başa çatdırılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunu şirkətin Prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, hazırda 82 yanacaqdoldurma məntəqəsindən ikisində rebredinq aparılıb.

R.Abdullayev Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. O, Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat verərək, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını qeyd edib, xarici sərmayələrin qorunmasından danışıb.

R.Abdullayev kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirib.

Öz növbəsində nazir A.Rayxhardt Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd edib.

Görüşdə Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılıb, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri