14 
Okt
2019
11:59
35
737
5115
Virtual karabakh

Hadi Rəcəbli: Rusiyada işləyən azərbaycanlılar DSMF-yə vəsaitlər ödəməlidir

Son iki ildə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində ciddi dəyişiklər baş verib.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə parlament bu sahədə bir sıra ciddi sənədlər qəbul edib:

“Bəzi hallarda bu qanunvericiliklərin qəbulu böyük əks-səda doğurub. Ölkədə ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb. Pensiya təminatının elektronlaşdırılması çox vacib rol oynayır. Əhalinin 89 faizi evdə olarkən ona təyin olunan pensiyanı SMS və ya email vasitəsilə alır”.

H.Rəcəbli bildirib ki, son illərdə sosial sahədə verilən sərəncam və fərmanlar nəticəsində 4,2 milyon əhali 40 faizdən 100 faizə qədər maliyyə dəstəyi qazanıb:

“Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiya olsa da, bildiyim qədərilə, Rusiya tərəfindən ratifikasiya olunmayıb. Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Insanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir.

Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlılar işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsaitlər ödəməlidirlər. Ona görə bu məsələr üzərində iş aparılmalıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri