14 
Okt
2019
15:10
139
34
1837
Virtual karabakh

Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir

14 Okt, 2019
15:10
1837

Bakıda türkdilli ölkələrin biznes forumu keçirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb.

Report xəbər verir ki, tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Macarıstanın Ticarət və Sənaye Palatası, Qazaxıstan Sahibkarlarının Milli Palatası, Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə Macarıstanın İxracın Təşviqi Agentliyi ilə Anlaşma Memarandumu imzalayacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 32% çox olub. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri